"Real" və "Liverpul" 1/4 finala çıxdı - VİDEO

"Real" və "Liverpul" 1/4 finala çıxdı - VİDEO
  07 Mart 2018    Oxunub:2878
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.
Günün əsas oyunu Parisdə keçirilib. “PSG” öz meydanında “Real”ı qəbul edib. Qarşılaşma “Real”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla İspaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.



Qeyd edək ki, bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:0 hesabı ilə darmadağın edən “Liverpul” öz meydanında “Portu”nu məğlub edə bilməyib. “Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.



AzVision.az


Teqlər: UCL   Real   Liverpul  





Xəbər lenti