Kişilər, əliniz cibinizdə olsun! – Bir buket gül 100 manata (FOTOLAR, VİDEO)

  07 Mart 2018    Oxunub : 10987
Kişilər, əliniz cibinizdə olsun! – Bir buket gül 100 manata (FOTOLAR, VİDEO)
Xanımların bayramına bir gün qalıb. Sabah Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunacaq. Xanımların özəl günündə onlara daha çox hansı hədiyyələr verilir və qiymətlər kişilərin cibinə münasibdirmi?
Əməkdaşlarımız bu suallara cavab tapmaq üçün paytaxtın gül mağazaları və hədiyyə dükanlarına baş çəkiblər.

Satıcıların sözlərinə görə, xanımlar hədiyyə olaraq daha çox güllə üstünlük verirlər. Qiymətlər alıcının istəyinə görə fərqlidir. Belə ki, 15-20 manatdan başlayaraq 100 manatadək gül buketləri alıcılara təqdim olunur. Müşfərinin sifarişindən aslı olaraq 100 manatdan da baha buket almaq olar. Təki, bəylərin əlləri ciblərində olsun!



Xanımlara verilən hədiyyələr arasında müxtəlif oyuncaqlar, suvenirlər və ətirlər üstünlük təşkil edir ki, onların da qiymətləri forma və ölçülərinə görə dəyişir. Məsələn, ətirlərin qiyməti 5 manatdan başlayır 100-200 manatadək. Ümumilikdə, isə paytaxt mağazalarında hər çeşiddə, hər qiymətə hədiyyə almaq mümkündür.









































Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: 8-Mart   Bayram   Gül   Hədiyyə