Boksçu heyətimiz müəyyənləşdi

  02 Oktyabr 2013    Oxunub : 478
Boksçu heyətimiz müəyyənləşdi
Dünya çempionatında iştirak edəcək Azərbaycan boksçularının heyəti müəyyənləşib.
AzVsison.az xəbər verir ki, Oktyabrın 14-26-dək Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, çempionatda çıxış edəcək milli komandamızın heyəti açıqlanıb.

Baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin başçılığı altında heyətdə Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq), Sultan Migitinov (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yer alıb.

İyunda Belarusda təşkil olunmuş Avropa çempionatından fərqli olaraq bu dəfə heyətdə üç dəyişiklik edilib. Belə ki, 56 kiloqram çəki dərəcəsində karyerasını başa vurmuş Samir Məmmədovu Cavid Çələbiyev əvəzlənib.

2012-ci ildə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Pərviz Bağırov da Almatıda rinqə çıxacaq. O, 69 kiloqram çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib. Ailəsində baş vermiş faciə səbəbindən Avropa çempionatında iştirak etmiyən Sultan Migitinov (75 kq) mundialda öz bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, milli komandamız hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışındadır.

Teqlər: