"Yuventus" və "Mançester Siti" 1/4 finalda - VİDEO

"Yuventus" və "Mançester Siti" 1/4 finalda - VİDEO
  08 Mart 2018    Oxunub:1558
Çempiolar Liqasında 1/8 finalın cavab oyunları davam edir.
AzVision.az-ın məlumatına görə, keçirilən iki qarşılaşmadan sonra 1/4 finalın daha 2 iştirakçısı bəlli olub.

“Tottenhem” “Yuventus”la üz-üzə gəlib. Turində keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik edən komandaların duelindən qonaqlar qələbə ilə ayrılaraq növbəti mərhələyə yüksəlib.



"Tottenhem" (İngiltərə) - "Yuventus" (İtaliya) - 1:2
Qol: Son Henq-Min, 39 (1:0), İquain, 64 (1:1), Dibala, 67 (1:2)
İlk oyun - 2:2


Səfərdə “Bazel”i darmadağın edən “Mançestr Siti” bu dəfə rəqibinə uduzub. Bununla belə, iki oyunun nəticəsinə görə, "şəhərlilər" növbəti mərhələyə yüksəlib.



"Mançester Siti" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:2
Qol: Qabriel Xesus, 8 (1:0), Məhəmməd Elyunussi, 17 (1:1), Miçel Lanq, 71 (1:2)
İlk oyun - 4:0


Kənan Məmmədov
AzVision.az


Teqlər: UCL  





Xəbər lenti