Niderland jurnalı Azərbaycan xanımlarından yazdı

Niderland jurnalı Azərbaycan xanımlarından yazdı
  08 Mart 2018    Oxunub:1422
Bu günlərdə Niderlandın nüfuzlu "Diplomat Maqazin" jurnalında "Azərbaycanda qadınlar: Müsəlman Dünyasında və kənarda liderlik edir" adlı məqalə işıq üzü görüb.
Məqalədə qeyd olunur ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Belə ki, hələ 1918-1920-ci illərdə qadınların hüquqlarını tanınıb və onlar cəmiyyətin tamhüquqlu üzvləridir.

Amerika və Avropa qadınlarının bir əsr boyu öz hökumətlərindən ala bilmədikləri səsvermə hüququnu Azərbaycan qadınları öz gənc hökumətlərindən cəmi bir il ərzində əldə edə bilib. Bu, tariximizin ən şərəfli səhifəsi olaraq dəyərləndirilib və hər zaman da belə dəyərləndiriləcək.

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin ictimai-siyasi mühitində özünə yer eləmiş humanist və demokratik ideallar Cümhuriyyət hökumətinin prioritet sahəsinə çevrilmişdi. Bunun nəticəsi idi ki, digər ölkələrdə qadınların uzunmüddətli mübarizəsi sayəsində əldə etdikləri kişilərlə eyni bərabərlik hüquqlar Azərbaycan qadınlarına tarix baxımından çox qısa bir vaxtda nəsib oldu.

2000-ci ilin mart ayında mərhum preizdent Heydər Əliyev Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında fərman imzalayıb. Fərman hökumətdə qadınların bərabərlik prinsiplərinə əsasən mütənasib təmsil olunmasını təmin etmək üçün rəhbərliyə təlimat verilməsi; qadınların biznes və iqtisadiyyatda layiq olduğu yerə sahib olmasını və cəmiyyətdə qadınların tərəqqisini mütəmadi olaraq yoxlamağını təmin edir.

Daha sonra məqalədə ölkənin birinci xanımı, birinci vitse-prezident YUNESCO VƏ İSESCO sülhməramlı səfiri Mehriban xanım Əliyevadan bəhs edilir.

Qeyd olunur ki, Mehriban xanım Əliyeva Azərbaycandan kənarda da xeyriyyə işləri ilə məşğul olur. O eyni zamanda 2004-cü ildən Heydər Əliyev Fondu yarandığı gündən qurumun rəhbəridir. Və o qadınlarım mədəni-ekonomik inkişafı üçün çalışır.

Təşkilatın dəstəyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Misirdə, Rumıniyada, Rusiyada, Niderlandda, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər, məktəblər tikilib.

2017-ci ildə ölkənin birinci vitse-prezidenti təyin edilməsilə Azərbaycan tarixində ilk rəsmi yüksək rütbəli qadın olub.

Məqalənin tam mətni ilə BURADA tanış ola bilərsiniz.



Teqlər:





Xəbər lenti