İdmançılarımız medal aldı

İdmançılarımız medal aldı
  03 Oktyabr 2013    Oxunub:1309
Azərbaycan idmançıları universal döyüş üzrə dünya birinciliyində bir qızıl və bir gümüş medal qazanıb
Moskvada universal döyüş üzrə 17-21 yaşlı idmançılar arasında dünya birinciliyi keçirilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yarışda ölkəmizi universal döyüş üzrə yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında səkkiz idmançı təmsil edib.

İdmançılarımız qitə birinciliyində iki medala sahib olub. Komandamızın üzvü Tural Allahverdiyev (55 kq) qızıl, Asim Əliyev (60 kq) isə gümüş medal qazanıb.

Xatırladaq ki, həmin yaş qrupu üzrə Avropa birinciliyi bu il ölkəmizdə təşkil olunmuşdu. Qusar Olimpiya İdman Kompleksində keçirilmiş yarışda komandamız birinci pillədə yer almışdı.


Teqlər:  





Xəbər lenti