Belarus millimizə qarşı bu heyətlə oynayacaq

  09 Mart 2018    Oxunub : 600
Belarus millimizə qarşı bu heyətlə oynayacaq
Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunundakı rəqibi Belarus yığmasının heyəti açıqlanıb.
Belarus millisi martın 23-də Azərbaycan, dörd gün sonra isə Sloveniya ilə qarşılaşacaq. Belarus millisinin baş məşqçisi İqor Kriuşenko Azərbaycanla oyuna 23 futbolçu dəvət edib.

Heyətdə qapıçılar – Andrey Qorbunov, Aleksandr Qutor, Pavel Pavlyuçenko, müdafiəçilər – Aleksandr Martınoviç, İqor Şitov, Denis Polyakov, Sergey Politeviç, Mixail Sivakov, Maksim Volodko, Oleq Veretilo, Sergey Matveyçik, yarımmüdafiəçilər – Sergey Kislyak, Stanislav Draqun, İqor Staseviç, Renan Bressan, Pavel Nexayçik, Pavel Savitskiy, İvan Maevskiy, Yuriy Kendış, Yuriy Kovalyev, hücumçular – Maksim Skavış, Denis Laptev, və Anton Saroka yer alıblar.

Qeyd edək ki, Azərbaycan-Belarus oyunu martın 23-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

AzVision.az

Teqlər: AFFA   Belarus   Milli