Səhiyyə Nazirliyi şirkətlərə müraciət edib
Qeyd olunub ki, ekspertizanın qısa müddət ərzində aparılması üçün BFMQƏ haqqında Azərbaycan dilində istehsalçının məlumatları, istehsalçının adı, ölkəsi, ünvanı, onun əmtəə nişanı, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı, FMQƏ-nin forması, qablaşdırmada olan BFMQƏ-nin dozası, aktiv komponentlərin və köməkçi maddələrin beynəlxalq adı və kəmiyyət tərkibi göstərilməklə siyahısı, saxlanma şəraiti, seriyası, yararlılıq müddəti və digər zəruri sənədlər ərizə ilə birlikdə məhsul idxal olunmamışdan əvvəl Mərkəzə təqdim edilməlidir:
“Əks halda ekspertiza rəyinin verilməsində yaranacaq problemlərə görə idxalçı şirkət məsuliyyət daşıyacaq. Bütün sənədlər kağız və elektron formada təqdim edilməlidir. Ekspertizanın keçirilməsi məqsədilə BFMQƏ-nin satış üçün nəzərdə tutulmuş formada 3 (üç) nümunəsi təqdim olunmalıdır. Ekspertizanın nəticəsindən asılı olmayaraq, təqdim edilmiş sənəd və nümunələr ərizəçiyə geri qaytarılmır”.
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi Müraciət Şirkət