“Tramp məndən daha müasir insandır” – Putin

  10 Mart 2018    Oxunub : 1356
“Tramp məndən daha müasir insandır” – Putin
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, heç vaxt ABŞ prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsindəki yazdıqları mesajları oxumur.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti “NBC” telekanalının aparıcısı Meqan Kelliyə müsahibəsində bildirib: Putin eyni zamanda sosial şəbəkədə səhifəsinin olmadığını təsdiqləyib: “Mənim fikirləri ifadə etmək və qərarlarımı reallaşdırmaq üçün digər yollarım var”.

“Donald daha müasir insandır”, - Putin gülümsəyərək deyib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Putin   ABŞ