Azərbaycan-Rusiya oyununda Bakı Metrosu gec saatlaradək işləyəcək

Azərbaycan-Rusiya oyununda Bakı Metrosu gec saatlaradək işləyəcək
  03 Oktyabr 2013    Oxunub:1418
Azərbaycan-Rusiya oyununda Metropoliten son sərnişini daşıyana qədər işləyəcək.
2014-cü ildə Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-Rusiya millilərinin oyunu ilə əlaqədar Bakı Metropoliteni gec saatlaradək işləyəcək.

Azvsison.az xəbər verir ki, oktyabrın 15-dən 16-na keçən gecə metropolitenin işləməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti müsbət cavablandırılıb.

Hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirib ki, müraciətə müsbət cavab verilib və qeyd edilən vaxtda oyundan sonra, istisna hal kimi, son azarkeş-sərnişinə qədər xidmət göstərəcək.

Qeyd edək ki, adi vaxtlarda metropoliten hər gün səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir.

Qarşılaşma oktyabrın 15-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və təxminən 24:00-da başa çatacaq.


Teqlər:  





Xəbər lenti