“Synergy Baku” Side Qran-Prisinin ən yaxşısıdır

“Synergy Baku” Side Qran-Prisinin ən yaxşısıdır
  12 Mart 2018    Oxunub:1386
Türkiyənin Side bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Side Qran-Prisi keçirilib. Birgünlük yarış “Synergy Baku” kontinental komandamız üçün uğurlu alınıb.
Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.

“Synergy Baku”nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5 saniyə geri qalmaqla 5-ci yeri tutub və bununla da klubumuzun aktivinə daha 15 xal əlavə edib. Komanda hesabına gəlincə, “Synergy Baku” ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla da təltif edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Velisoped   Synergy  





Xəbər lenti