Rusiyada İŞİD-in 60 tərəfdarı tutulub - (VİDEO)

Rusiyada İŞİD-in 60 tərəfdarı tutulub - (VİDEO)
  14 Mart 2018    Oxunub:2596
Rusiya Federal Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının tərəfdarlarının Suriya və İraqa göndərilməsinin qarşısını alıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, FTX-nın yaydığı məlumata görə, əməliyyat zamanı 60 əcnəbi saxlanılıb.
17 ünvanda aparılmış axtarışlar zamanı saxta sənədlərin, sərhədi keçmək üçün çoxlu sayda möhür və ştampların, miqrasiya sənədlərinin, əcnəbi pasportlarının hazırlandığı üç laboratoriya aşkar edilib.



Məlumata əsasən, cinayətkar qrup Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub.

AzVision.az


Teqlər: Rusiya   İŞİD   FTX  





Xəbər lenti