"Roma" və "Sevilya" 1/4 finalda - VİDEO

"Roma" və "Sevilya" 1/4 finalda - VİDEO
  14 Mart 2018    Oxunub:1495
Çempionlar Liqasında daha iki 1/4 finalçı müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, bunlar "Roma" və "Sevilya" komandalarıdır.

Donetskdə keçirilən ilk görüşdə 2:1 hesablı məğlubiyyətə uğrayan “canavarlar” qalib gələrək mərhələ adlamalı idilər. Öz meydanında "Şaxtyor"u qəbul edən "Roma" görüşdən minimal hesabla qalib ayrılaraq növbəti mərhələyə çıxıb.



Digər görüş "Mançester Yunayted" və "Sevilya" arasında keçirilib. Səfərdə heç-heçə edən “qırmızı şeytanlar” doğma azarkeşlər öündə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.



Qeyd edək ki, bu gün Çempionlar Liqasında son iki 1/4 finalçı müəyyənləşəcək. "Çelsi" səfərdə "Barselona"nın qonağı olacaq. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Növbəti mərhələyə adlamamaq üçün Kataloniya klubunu qolsuz bərabərlik də qane edir. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər görüşdə "Beşiktaş" "Bavariya"nı qəbul edəcək. Bu matçda İstanbul klubu ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq .Matçın strat fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: UCL  





Xəbər lenti