Mehdiabad-Pirşağı yolu yenidən qurulur
Tikinti layihəsinə uyğun olaraq, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra isə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Bu işlər 60 min kvadratmetrə yaxın sahəni əhatə edəcək.
Texnoloji ardıcıllıqla aparılan tikinti işləri yekunlaşdıqdan sonra yolboyu yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
AzVision.az