Çaylarda suyun səviyyəsi azalıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr olmaqla ongünlük normanın 105 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 65 kubmetr təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.
Martın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvan və Salyanda 6, Bankə və Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 (2017-ci il martın 16-da 403 sm), Şirvanda 215 (2017-ci il martın 16-da 247 sm), Salyanda 161 (2017-ci il martın 16-da 176 sm), Bankədə 177 (2017-ci il martın 16-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 santimetr (2017-ci il martın 16-da 98 sm) təşkil edir.
AzVision.az