Bakı möhtəşəm Novruz şənliyinə hazırlaşır - FOTOLAR+VİDEO

Bakı möhtəşəm Novruz şənliyinə hazırlaşır - FOTOLAR+VİDEO
  16 Mart 2018    Oxunub:11944
Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təntənəli Novruz şənliyinin məşqi keçirilib. Ənənəvi olaraq şənlikdə Dədə Qorqud xeyir-dua verib, Bahar qızı iştirakçıları salamlayıb. Keçəl və kosa mərasimə xüsusi ovqat gətirib.
AzVision.az xəbər verir ki, Qız Qalasından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyin son hazırlıqları tamamlanmaq üzrədir. Bayram tədbiri rəngli görüntüləri, çal-çağırı ilə yadda qalacaq.



Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hazırlıq prosesi ilə tanış olmaq üçün məşqlərdə iştirak edib. Nazir müavini bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.



O, bildirib ki, Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı və qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı hər il olduğu kimi, bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq: "Azərbaycanın bütün rayonlarının bədii özfəaliyyətini, məişətini, sənət növlərini burada xalqımıza təqdim etməyə çalışacağıq. Regionlarla yanaşı, burada xalqımızın mətbəx mədəniyyəti, xalq oyunları təqdim olunacaq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim ediləcək".





















































Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Azər Həsənov

AzVision.az


Teqlər: Novruzbayramı  





Xəbər lenti