Novruz ərəfəsində Azercell-dən abunəçilərə hədiyyə

Novruz ərəfəsində Azercell-dən abunəçilərə hədiyyə
  17 Mart 2018    Oxunub:1348
Ölkənin lider mobil operatoru Azercell Telecom Novruz bayramı ərəfəsində abunəçilərini daha bir smartfon kampaniyası ilə sevindirir.
Bayram münasibətilə özünə və yaxınlarına hədiyyə etmək istəyən Azercell abunəçiləri bu sərfəli kampaniyadan yararlana bilərlər. Belə ki, martın 16-dan etibarən iPhone 8 smartfonu 5GB internet paketi üstəgəl 2 illik pulsuz Azercell Plus Musiqi xidməti aylıq cəmi 85 AZN-ə abunəçilərə təklif olunur. Qeyd edək ki, kampaniyadan yararlanmaq istəyən abunəçilər Azercell-in Eksklüziv mağazalarına və Müştəri Xidmətləri ofislərinə müraciət edə bilərlər.


Teqlər: Azercell  





Xəbər lenti