Uşaqlara “təbəssüm və ümid” verildi

Uşaqlara “təbəssüm və ümid” verildi
  19 Mart 2018    Oxunub:1459
"Bir Təbəssüm Bir Ümid" layihəsi uşaqlarla bağlı olan xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir.
Aksiyaya hər bir şəxs kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə lazım ola biləcək ləvazimatlarla dəstək ola bilərdi. Noyabrdan marta qədər keçirilən aksiya çərçivəsində 2.000-dən çox əşya toplanıb.

Bütün əşyalar toplandıqdan sonra Yardımlının Separadi kəndinə aparılıb. Orada 50-dən çox uşağa içi ləvazimatla dolu çanta, oyuncaq, geyim hədiyyə edilib.



Teqlər:





Xəbər lenti