Planeti "xilas edən" dünya şöhrətli aktyor - FOTOLAR

Planeti "xilas edən" dünya şöhrətli aktyor - FOTOLAR
  19 Mart 2018    Oxunub:3805
Bu gün amerikalı məşhur aktyor Uolter Brüs Uillisin doğum günüdür. 63 yaşı tamam olan aktyor hesab edir ki, yaşından asılı olmayaraq, hər kəs özünü 24-25 yaşında hiss edir.
Brüs Qərbi Almaniyada dünyaya gəlib. Onun atası milliyyətcə alman olan anası ilə Almaniyada hərbi xidmətdə olarkən tanış olub, xidmətini başa vurduqdan sonra 1957-ci ildə ailəsi ilə birlikdə ABŞ-a, Nyu-Cersiyə geri dönüb.

Brüs 4 uşaqlı ailədə ən böyük uşaq olub. O, kiçik yaşlarında kəkələyirdi. Həyəcanlanan aktyor demək olar ki, danışa bilmirdi. Bundan qurtulmaq istəyən Brüs məktəbin teatr dərnəyinə yazılır. Məhz burada böyük auditoriya qarşısında çıxış etmək onun xoşuna gəlir. O, bu dərnəkdə Şekspir və Uilyamsın əsərlərinin səhnələşdirilmiş tamaşalarında rol alır.



Hollivudun gələcək ulduzunun ilk rolu "Levi's" cinslərinin reklamı olub. Brüs Üillis bir neçə il az tanınmış şəhər teatrlarında və televiziya şoularında qısa rollar ifa edib. 1985-ci ildən 1989-cu ilə kimi davam edən "Detektiv bürosu – Ay işığı" (Moonlighting) teleserialı aktyora əsl məşhurluq gətirib. Serial ən yaxşı kişi aktyor nominasiyası da daxil olmaqla 16 kateqoriya üzrə “Emmi” mükafatına namizəd olub. Yalnız 1988-ci ildə Brüs əfsanəvi “Çətin ölüm” (Die hard) filmində çəkiləndən sonra dünya aktyoru xilaskar obrazında görüb.

Bu film aktyora inanılmaz şəkildə məşhurluq gətirib. Artıq Brüs tez-tez ekranlarda insan həyatlarını xilas edən cəsarətli polis rolunda görünürdü. Bu filmlərə nümunə olaraq aktyorun “Çətin ölüm” (Die Hard) franşizası, “Beşinci element (Fifth Element), “Merkuri təhlükədədir” (Mercury Rising) və s filmləri göstərmək olar.

Şablonu dağıtmaq və sərt oğlan stereotipini dağıtmaq üçün Uillis məşhur rejissor Norman Cuisonun “Şəhərdən kənarda” (Out of Town) filmində çəkilib. Bu filmdə aktyor Vyetnam müharibəsinin veteranı obrazını canlandırır. Tənqidçilərin fikrincə, aktyor dərin psixoloji obraz yaradıb. “Şöhrət tonqalı ” (The Bonfire of the Vanities) filmində isə tamaşaçılar daha bir gözlənilməz Uillisin – populyar qəzetin jurnalistini görüblər.



Mişel Pfayferlə birgə çəkildiyi “Bizim haqda hekayə” (The Story of Us) tragikomediyasında isə Uillis özünü dramatik aktyor kimi göstərib. Ulduz aktyor dueti 15 il birgə yaşayandan sonra münasibətləri soyuyan cütlüyü canlandırıb.

Nadir hallarda olsa da, Uillis mənfi qəhrəmanlar yaradıb. Onun ən parlaq rollarından biri Şakal (The Jackal) adlı filmdə eyni adlı personajdır. Bir çox kino tənqidçilərinin fikrincə, parlaq yolu ilə Brüs Uillis öz rəqibi, xeyir tərəfdən mübarizə aparan Riçard Qirin həyat verdiyi personajı üstələyib.



90-cu illərin sonu Brüs üçün lap uğurlu olub. Belə ki, bir il fərqlə ard-arda çıxan “Beşinci Element” (The Fifth Element -1997) və “Armageddon” (Armageddon - 1998) filmlərə aktyora inanılmaz uğur gətirib. “Beşinci Element”-də Brüs kainat miqyasında fəlakətin qarşısını alırsa, “Armageddon” filmində Uillis Yer planetini böyük asteroiddən xilas edib. Bununla da aktyoru digər obrazlarda qəbul etmək olduqca çətinləşib.

Uillis yalnız döyüş filmləri, komediya və dramalarda deyil, həmçinin psixoloji filmlərdə də çəkilib. “Altın hiss” filmi (The Sixth Sense) psixoloji trilleri Amerika kino tarixində ən çox gəlir gətirən filmlərdən olub. Bu film aktyora populyarlıqla yanaşı 100 milyon dollar dəyərində gəlir gətirib.



Aktyorun 21-ci əsrdə çəkildiyi “Sınmayan” (Unbreakable - 2000), Günahlar şəhəri (Sin City - 2005) Slevenin sevimli rəqəmi (Lucky Number Slevin -2005) RED (Red - 2010), Qarşısıalınmazlar 2 (The Expendables 2) filmləri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 2018-ci ildə onun çəkildiyi “Ölüm Arzusu” və “Çətin ölüm” adlı franşizasının yeni hissəsi çıxacaq.

Şəxsi həyata gəldikdə isə aktyorun 5 qızı var, ilk 3 övladı 1987-ci ildə evləndiyi və 13 il evli qaldığı Demi Murdandır. Brüs özündən 22 yaş kiçik model Emma Heminglə isə 2009-cu ildə evlənib, bu evliliyindən 2 qızı var.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BrüsUillis   Armageddon  





Xəbər lenti