Məmmədyarov Karyakinlə heç-heçə etdi

Məmmədyarov Karyakinlə heç-heçə etdi
  20 Mart 2018    Oxunub:1498
Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar Turnirində II dövrəyə start verilib.
VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub. Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıblar. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb.

Turun digər qarşılaşmaları davam edir.

Uesli So (ABŞ) - Fabiano Karuana (ABŞ)

Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya)

Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan)

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov  





Xəbər lenti