Məmmədyarovdan növbəti heç-heçə

  22 Mart 2018    Oxunub : 364
Məmmədyarovdan növbəti heç-heçə
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Fabiano Karuana ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb.

10 turdan sonra F.Karuana 6,5 xalla vahid liderdir. Ş.Məmmədyarov 6 xalla 2-cidir.

AzVision.az

Teqlər: Şəhriyar-Məmmədyarov