Rəşad Sadıqovun komandası Kosovoya uduzdu
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Yeddi oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xal toplayıb və sonuncudur.
Qeyd edək ki, Rəşad Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək.
AzVision.az