Avropada futbol həyəcanı

  03 Oktyabr 2013    Oxunub : 477
Avropada futbol həyəcanı
Avropa bu gecə futbolla nəfəs alacaq.“Trabzonspor” “Latsio”ya, “Rubin” “Zulte Varegem”ə qarşı...
Bu axşam Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. 12 qrupda baş tutacaq 24 görüş 3 müxtəlif vaxtda baş tutacaq. Rusiya və Qazaxıstan təmsilçiləri öz oyunlarını evdə keçirdiyindən 4 görüş digərlərindən tez başlayacaq (apasport.az).

Günün bir sıra qarşılaşmaları liderlərin dueli ilə əlamətdar olacaq. Belə ki, ilk turda qalib gələnlər bir-biri ilə üz-üzə gələcək.

A qrupunda “Suonsi” “Sent Qallen”, E qrupunda “Dnepr”lə “Fiorentina”, G qrupunda “Genk”lə “Tyun”, L qrupunda “Alkmaar”la PAOK öz aralarındakı görüşdə vahid liderliyə yüksəlməyə çalışacaq.

Qrup mərhələsinə qələbə ilə başlayan daha 2 komanda isə Türkiyədə üz-üzə gələcək. Azərbaycan azarkeşlərinin də diqqətini çəkəcək görüşdə “Trabzonspor” “Latsio”nu qəbul edəcək. İlk turda minimal hesablı qələbə qazanan rəqiblər növbəti 3 xal üçün mübarizə aparacaq.

Avropa Liqası, qrup mərhələsi II tur



A qrupu

21:00. “Kuban” (Rusiya) – “Valensiya” (İspaniya)

00:05. “Suonsi” (İngiltərə) – “Sent Qallen” (İsveçrə)

B qrupu

00:05. “Ludoqorets” (Bolqarısran) – “Dinamo” (Xorvatiya)

00:05. “Çernomorets” (Ukrayna) – PSV (Hollandiya)



C qrupu

00:05. “Esbyerq” (Danimarka) – “Zalsburq” (Avstriya)

00:05. “Elfsborq” (İsveç) – “Standard” (Belçika)

D qrupu

21:00. “Rubin” (Rusiya) – “Zulte Varegem” (Belçika)

00:05. “Uiqan” (İngiltərə) – “Maribor” (Sloveniya)

E qrupu

00:05. “Dnepr” (Ukrayna) – “Fiorentina” (İtaliya)

00:05. “Pakuş Ferreyra” (Portuqaliya) – “Panduri” (Rumıniya)



F qrupu

00:05. APOEL (Kipr) – “Ayntraxt” (Frankfurt, Almaniya)

00:05. “Bordo” (Fransa) – “Makkabi” (Təl-Əviv, İsrail)



G qrupu

22:00. “Rapid” (Avstriya) – “Dinamo” (Ukrayna)

22:00. “Genk” (Belçika) – “Tyun” (İsveçrə)



H qrupu

22:00. “Sevilya” (İspaniya) – “Frayburq” (Almaniya)

22:00. “Libetrets” (Çexiya) – “Eştoril” (Portuqaliya)



I qrupu

22:00. “Riyeka” (Xorvatiya) – “Betis” (İspaniya)

22:00. “Lion” (Fransa) – “Gimaraynş” (Portuqaliya)



J qrupu

22:00. “Legiya” (Polşa) – “Apollon” (Kipr)

22:00. “Trabzonspor” (Türkiyə) – “Latsio” (İtaliya)



K qrupu

21:00. “Anji” (Rusiya) – “Tottenhem” (İngiltərə)

22:00. “Tromse” (Norveç) – “Şerif” (Moldova)



L qrupu

21:00. “Şaxtyor” (Qazaxıstan) – “Makkabi” (Hayfa, İsrail)

22:00. “Alkmaar” (Hollandiya) – PAOK (Yunanıstan).

Teqlər: