"Oyundan razı, nəticədən narazı qaldım" - Qurban Qurbanov

"Oyundan razı, nəticədən narazı qaldım" - Qurban Qurbanov
  24 Mart 2018    Oxunub:1373
"Məğlub olmaq istəməzdik. Amma məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı, nəticədən isə narazı qaldım"
AzVision.az xəbər verir ki, bu sözləri Belarus yığması ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

“Təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblərimiz müdafiədən oynayıb, əks-hücumlar qurmağa çalışacaqlar. Buna hazır olmalıyıq. Bəzi ev tapşırıqlarını reallaşdırmağa çalışdıq. Ancaq hamısını göstərməyə ehtiyac duymadıq. Rəsmi oyunlara qədər bunu daha yaxşı etməyə çalışacağıq. Milli komandada debüt edənlərdən razı qaldım. Bəzilərinin yaşı 30-31-ə çatsa da, ilk dəfə idi yığmanın formasını geyinirdi”- Q.Qurbanov deyib.

Qeyd edək ki, Azərbaycan-Belarus oyunu 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

AzVision.az


Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti