Məmmədyarov XII turda uduzdu

Məmmədyarov XII turda uduzdu
  25 Mart 2018    Oxunub:1595
Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turu keçirilir.
Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun rəqibi çinli Din Lijen olub. Qarşılaşma Çin şahmatçısının qələbəsi ilə başa çatıb.

Bu görüşdən sonra hesabında iki qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 6,5 xal var. Növbəti turda Ş.Məmmədyarovun rəqibi Aleksandr Qrişuk (Rusiya) olacaq.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov   Şahmaz  





Xəbər lenti