Bədii gimnastlarımız üçüncü oldu

Bədii gimnastlarımız üçüncü oldu
  26 Mart 2018    Oxunub:1483
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərində keçirilən ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahibləniblər.
Azərbaycan Gimnastika Federasiyasından AzVision.az-a verilən məlumata görə, 16 ölkənin iştirak etdiyi turnirdə (24-25 mart) Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top - 2 iplə kompozisiya onlara 15.050 xal qazanzdırıb. Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar.

Bununla da iki hərəkətin yekununda hesaba 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

AzVision.az


Teqlər: Bədii-Gimnastika  





Xəbər lenti