Məmmədyarov qələbə qazandı

Məmmədyarov qələbə qazandı
  27 Mart 2018    Oxunub:1352
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin XIII turunun görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. Məmmədyarov rəqibinə qalib gəlib. Amerikalı Fabiano Karuana isə erməni rəqibi Levon Aronyanı udub.

Turnirin sonuna bir tur qalmış Karuana 8 xalla yenidən liderliyə yüksəlib. Məmmədyarov liderdən yarım xal geri qalır.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov  





Xəbər lenti