Məmmədyarov lider ola bilmədi - Yenilənib

Məmmədyarov lider ola bilmədi - Yenilənib
  28 Mart 2018    Oxunub:2492
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində XIV - sonuncu turun görüşləri keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramnik ilə qarşılaşıb. Görüş heç-heçə ilə yekunlaşıb. Bu oyundan sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.

Digər görüşdə turnirin liderlərindən olan Fabiano Karuana (ABŞ) Aleksandr Qrişukla (Rusiya) qarşılaşıb. Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək turnirin birincisi olub. Bu oyunun nəticəsindən asılı olaraq Ş.Məmmədyarov ikinci pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov   Şahmat  





Xəbər lenti