MSK sədri və nazir veb-kameralara baxış keçirdi

MSK sədri və nazir veb-kameralara baxış keçirdi
  28 Mart 2018    Oxunub:1109
Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub.
AzVision.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə kameralara baxış keçiriblər.

M.Pənahov bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir:

“Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində - 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Kamera   Seçki  





Xəbər lenti