Naxçıvan Dövlət Universitetinə publik hüquqi statusu verilir

   Naxçıvan Dövlət Universitetinə publik hüquqi statusu verilir
  03 May 2024    Oxunub:933
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Elm və Təhsil Nazirliyi Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   Naxçıvan   universitet  





Xəbər lenti