“Yox bir, Salyandan 10 qəpiyə aktyor gətirmişik” - ANS

“Yox bir, Salyandan 10 qəpiyə aktyor gətirmişik” - ANS
  04 Mart 2013    Oxunub:1685
Xalq artistinin ANS-lə bağlı ortaya atdığı məsələnin yalan olduğu bildirilir.
Xalq artisti, aktyor Ağaxan Salmanlı “Reytinq” qəzetinə müsahibəsində mübahisə doğuracaq bir məqama toxunub. Belə ki, aktyorun sözlərinə görə, ANS telekanalı "Xoca" filminin çəkilişləri Mingəçevir teatrından bir neçə nəfər çağırıb və çəkiliş başa çatandan sonra aktyorların hərəsinə 5 manat pul verilib. O, eyni halın "Ağabəyovlar" teleserialının çəkilişi zamanı baş verdiyini də qeyd edib.

Məsələyə münasibət bildirən ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında bu məlumatın tamamilə yalan olduğunu bildirib: “Daha yazardılar 50 qəpik də...Axı 5 manata hansı aktyor seriala çəkilər? Bunlar hamısı şaiyədir, böhtandır. Yalan informasiyalar yayılır. Bu barədə müsahibələr də gedib, nə məlumat lazımdı verilib. Nəyə lazımdır ki, özlərindən boş-boş yalanlar uydururlar? Yox bir Salyandan 10 qəpiyə aktyorlar gətirilib...”

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti