Rauf Əliyev “Qəbələ”yə keçdi

Rauf Əliyev “Qəbələ”yə keçdi
  28 Mart 2018    Oxunub:1240
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə anlaşıblar. 29 yaşlı forvard yeni komandası ilə artıq müqavilə imzalayıb. Anlaşmaya əsasən, milli komandamızın 29 yaşlı hücumçusu 2019-cu ilin yayına qədər “Qəbələ”yə məxsus olacaq.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Rauf Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib.

AzVision.az


Teqlər: Rauf-Əliyev   Futbol   Qəbələ  





Xəbər lenti