ATƏT seçki ilə bağlı aralıq hesabatını açıqlayıb

ATƏT seçki ilə bağlı aralıq hesabatını açıqlayıb
  29 Mart 2018    Oxunub:1161
ATƏT/DTİHB-nin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.
AzVision.az xəbər verir ki, hesabat qurumun saytında dərc olunub.

Hesabatda bildirilib ki, Azərbaycan hökumətinin dəvəti ilə, fevralın 21-22-də keçirilən qiymətləndirmə missiyasının nəticələrinə əsasən ATƏT/DTİHB martın 9-da prezident seçkilərini müşahidə missiyası yaradıb.

Qeyd olunub ki, Korien Yonkerin rəhbərlik etdiyi missiya Bakıda fəaliyyət göstərən 11 nəfərlik əsas qrupdan və martın 15-dən Azərbaycanda olan 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Missiya üzvləri ATƏT-in 20 üzv ölkəsindən cəlb olunub.

Hesabatda, həmçinin vurğulanıb ki, seçkilərin ümumi keçirilməsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) məsuliyyət daşıyır. Əlavə edilib ki, müşahidə dövrü ərzində məhkəmə və Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb.

AzVision.az


Teqlər: ATƏT   Seçki   Hesabat  





Xəbər lenti