UEFA bu kluba tarixin ən ağır cəzasını verdi

UEFA bu kluba tarixin ən ağır cəzasını verdi
  30 Mart 2018    Oxunub:1509
UEFA oyun alqı-satqısı etdiyinə görə Albaniyanın “Skenderbeu” klubuna 10 il Avropa turnirlərində çıxış etməyi qadağan edib.
AzVision.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qadağandan əlavə, klub həmçinin bir milyon avro cərimələnib.

“Sporx” nəşri yazır ki, Albaniya təmsilçisi 2011-ci ildən bəri 50-dən çox maçında oyun alqı-satqısında iştirak edib. Klubun sahibi Adrian Takaj isə günahsız olduqlarını və qərarla bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəklərini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: UEFA   Albaniya  





Xəbər lenti