“Park Cinema”-da “Ailecek Şaşkınız”ın qala gecəsi keçiriləcək

  30 Mart 2018    Oxunub : 1986
“Park Cinema”-da “Ailecek Şaşkınız”ın qala gecəsi keçiriləcək
Park Cinema kinoteatrlar şəbəkəsi yeni «Ailecek Şaşkınız» komediya filminin ekranlara çıxması münasibəti ilə türk kino ulduzlarının da iştirak edəcəyi möhtəşəm qala gecəsinə sahiblikk edir.
AzVision.az xəbər verir ki, qala gecə 5 aprel 2018-ci il saat 19:00-da Park Bulvarda yerləşən Park Cinemada baş tutacaq. Gecədə filmin aktyorları Ahmet Kural, Saadet Işıl Aksoy, Cengiz Bozkurt və digərləri iştirak edəcək.

Film müasir avadanlıqlar ilə təchiz olunmuş, yüksək görüntü keyfiyyəti ilə seçilən, həmçinin 200 nəfərlik izləyici toplamaq imkanına sahib olmaqla IMAX zalından sonra həcminə görə ikinci iri zal olan Laser zalda nümayiş olunacaq.

Gecənin qonaqlarını seans öncəsi avtoqraf sessiyası, ulduzlarla şəkil çəkdirmək və birgə film izləmək imkanı gözləyir.

Onu da qeyd edək ki, «Ailecek Şaşkınız»— nəinki Türkiyə, hətta bütün dünya izləyicilərinin səbirsizliklə gözlədiyi filmdir. Film artıq Almaniya, Belçika, Fransa, İngiltərədə nümayiş olunub və bu səfər möhtəşəm qala gecə məhz azərbaycanlılar üçündür.

İzləyicilərin hər biri türk aktyorları ilə birgə film nümayişində iştirak edə bilər, çünki qala-gecəsinə biletlər artıq satışdadır.

Biletləri buradan əldə edə bilərsiniz:

https://azvision.az/redirect.php?url=http://parkcinema.az/movies/view/5995/ailecek-saskiniz

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı, Quba və Mingəçevirdə yerləşən regional kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ParkCinema