Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək

Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək
  01 Aprel 2018    Oxunub:1122
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) iyunun 5-də Bakıda növbəti Azərbaycan- Avropa İttifaqı biznes forumunu keçirəcək.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçiriləcək biznes forumun əsas məqsədi Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına yardımçı olmaqdır.

AzVision.az


Teqlər:   Azərbaycan   Biznes   Forum  



Xəbər lenti