Premyer Liqanın XXI turuna yekun vurulub - Nəticələr

Premyer Liqanın XXI turuna yekun vurulub - Nəticələr
  03 Aprel 2018    Oxunub:1167
Futbol üzrə Azərbaycan Premyer liqasının XXI turuna yekun vurulub.
Turun son gününün ilk oyununda “Qəbələ” klubu doğma meydanda “Sumqayıt”ı qəbul edib. Matçın 55-ci dəqiqəsində Stivin Monroz meydan sahiblərini hesabda önə çıxarıb. İlk hissədə başqa qol qeydə alınmayıb. Fasilədən sonra qonaqlar hesabı bərabərləşdirib. Görüşün 82-ci dəqiqəsində Nicat Qurbanov fərqlənib. Oyun bu hesablada başa çatıb.

Turun son oyunda “Neftçi” və “Səbail” klubları qarşılaşıblar. İqnasio Herrera qarşılaşmanın 49 və 87-ci dəqiqəsində qonaqların qapısına yol tapıb. Matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə XXI turun sonunda turnir cədvəlinə 50 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 40 xalla ikinci, “Sumqayıt” 35 xalla üçüncü, “Zirə” 34 xalla dördüncü, “Neftçi” 30 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (18 xal), “Keşlə” (17 xal) və “Kəpəz” (11 xal) qərarlaşıb.

AzVision.az


Teqlər: Premyer-Liqa  





Xəbər lenti