İrena Qeorqiyeva Bakıya gəlir
Görüş zamanı Bolqarıstan və Azərbaycan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələlərinin genişlənməsi və qarşılıqlı turist axınının təmin edilməsi məsələləri müzakirə ediləcək.
Məlum olduğu kimi, Azərbaycan və Bolqarıstan prezidentləri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə əldə olunmuş razılığa əsasən 2018-ci il yanvarın 16-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən uçuşlar həyata keçirilir.
Bu məqsədlə Bolqarıstanın turizm potensialı və mövcud turizm imkanları ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisində nümayiş olunacaq.
Eyni zamanda, Bolqarıstan bu il 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisinin rəsmi partyoru olacaq.
AzVision.az
Teqlər: Bolqarıstan