Lənkəranda ev, Masallıda inzibati bina yanıb

Lənkəranda ev, Masallıda inzibati bina yanıb
  04 Aprel 2018    Oxunub:973
Lənkəran və Masallı rayonlarında yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanabad kəndində ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Qızılavar kəndində isə ümumi sahəsi 360 m2 olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan otağın yanar konstruksiyaları 10 m2 sahədə, 2 p.m telefon kabeli və lambirdən ibarət tavan 60 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti