Çörəyə xüsusi pul ayrıldı

Çörəyə xüsusi pul ayrıldı
  02 Fevral 2013    Oxunub:1959
Xəzər rayonunda müasir çörək zavodunun yaradılması üçün dövlət sahibkarlara pul ayırıb.
AzVision.az-ın məlumatına əsasən, bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Binə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
Həmin tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, istixana şəraitində müasir şitilçilik təsərrüfatının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu elan olunub.


Teqlər:





Xəbər lenti