Soyqırımın 100 illiyi Romada qeyd edilib
1918-1920-ci illər və 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrin müqayisəli təhlilini verən diplomat əvvəlki dövrdən fərqli olaraq Azərbaycanın hazırda müstəqil və güclü dövlət olduğunu, regional sabitliyin qarantı olduğunu, Avropanın enerji təhlükəsizliyində və dünyada mədəniyyətlərarası dialoqun təşviqində fəal rol oynadığını bildirib. Dövlət müstəqilliyimizin bərpasının Azərbaycan xalqının tarixi ilə bağlı obyektiv araşdırmaların aparılmasına və baş vermiş hadisələrə lazımi qiymət verilməsinə imkan yaratdığını da vurğulayan M.Əhmədzadə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 31 mart qırğınına siyasi qiymət verildiyini və həmin tarixin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini, 100 il əvvəl azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətlər barədə həqiqətlərin Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələrək ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlərin keçirildiyini deyib.
Roma Sapienza Universitetinin professorları Daniel Pommier, Andrea Cartny və Alessandro Vanini 31 mart soyqırımı, o cümlədən həmin mürəkkəb tarixi dövrlə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan xalqının aidiyyəti coğrafi məkanda bir sıra önəmli tarixi nailiyyətlərə imza atdığını, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk siyasi yeniliklərə səbəb olduğunu bildirib, bu gün də ölkəmizin əldə etdiyi nailiyyətlər və beynəlxalq münasibətlərdəki önəmli rolu barədə danışıblar.
Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.
AzVision.az
Teqlər: Soyqırım 100-il Roma Səfir