Ermənistanın baş məşqçisi istefa verdi

Ermənistanın baş məşqçisi istefa verdi
  06 Aprel 2018    Oxunub:1685
Ermənistan futbol üzrə milli komandasının baş məşqçisi Artur Petrosyan vəzifəsindən istefa verib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Petrosyan Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla görüşü zamanı qərarını elan edib.

Onlar milli komandanın oyunu ilə bağlı müzakirə aparıblar. Müzakirə zamanı vurğulanıb ki, Millətlər Liqasına az vaxt qalıb və millidə dəyişiklik edilməsi zərurəti yaranıb. Bundan sonra Petrosyan istefa verib və Ruben Hayrapetyan bunu qəbul edib. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, mart ayında Ermənistan komandası Estoniya (0: 0) və Litva (0: 1) komandaları ilə yoldaşlıq oyunu keçirib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ermənistan   Futbol   İstefa  





Xəbər lenti