Prezident Lənkərana 12 milyon ayırdı - Sərəncam

Prezident Lənkərana 12 milyon ayırdı - Sərəncam
  06 Aprel 2018    Oxunub:1513
Prezident İlham Əliyev aprelin 6-da “Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.

AzVision.az




Teqlər: İlham-Əliyev   Lənkəran   OİK  





Xəbər lenti