Hidayət Heydərov bürünc medal qazanıb

Hidayət Heydərov bürünc medal qazanıb
  07 Aprel 2018    Oxunub:2248
Aprelin 7-də Türkiyədə cüdo üzrə iri beynəlxalq turnirin (IJF World Judo Tour) növbəti mərhələsi olan Antalya Qran Prisi-2018 yarışlarının ikinci günü keçirilib.
Şənbə günü dörd kateqoriyada: qadınlar arasında 63 kq və 70 kq, həmçinin kişilər arasında 73 kq və 81 kq çəki dərəcələrində qaliblər müəyyən edilib. Qarşılaşmanın yekunlarına əsasən Azərbaycan komandası bir bürünc medal qazanıb – 73 kq çəki dərəcəsində Hidayət Heydərov fərqlənib.

Mübarizəyə ikinci dövrədən qoşulan Avropa çempionu ilk döyüşdə Avstriya nümayəndəsi Lukas Röyterə qalib gəlib. Daha sonra o, Feliks Qaluayevə (Rusiya) və Məhəmməd Məhəmmədiyə (İran) qalib gələrək yarım finala çıxıb. Hidayət bu mərhələdə Koreya nümayəndəsi Çan-Qrim Ana məğlub olsa da, bürünc medal uğrunda mübarizədə Monteneqro idmançısı Nikola Qusiçi üstələyib.

AzVision.az


Teqlər:





Xəbər lenti