Güləş yığmamız dünya ikincisi oldu - Yenilənib

Güləş yığmamız dünya ikincisi oldu - Yenilənib
  09 Aprel 2018    Oxunub:2508
Carver-Hawkeye Arenasında keçirilən final mübarizəsində ev sahibi ABŞ yığması milli komandamıza 6:4 hesabı ilə qalib gəlib. Ağır mübarizədən sonra sərbəst güləşçilərimiz yarışlarda ikinci yer tutub. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.
ABŞ-ın sərbəst güləş üzrə milli yığması Dünya çempionatı çərçivəsində 2003-cü ildən bəri ilk dəfə birinci yerə yüksəlib.

***
Azərbaycanın yığma komandası ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında finala çıxıb.

Millimiz ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

Qeyd edək ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə Dünya Kubokunun qalibi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti