Xalq artistləri yenidən məhkəmə qarşısında

Xalq artistləri yenidən məhkəmə qarşısında
  09 Aprel 2018    Oxunub:2031
Bu gün Xalq artisti Məleykə Əsədovanın həmkarı Ramiz Məliklə bağlı apellyasiya şikayətinə baxılacaq.
Bu barədə AzVision.az-a aktrisanın vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, məhkəmədən sonra tərəflər arasındakı mübahisənin necə həll olunacağı bilinəcək.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyi iddiası ilə məhkəməyə müraciət edib, həmkarından 200 min manat məbləğində təzminat istəyib. R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Məhkəmə   Məleykə-Əsədova  





Xəbər lenti