Azərbaycanlı güləşçilər 2 medalla qayıdır

  05 Oktyabr 2013    Oxunub : 457
Azərbaycanlı güləşçilər 2 medalla qayıdır
Azərbaycan güləşçiləri dünya çempionatında iki medal qazanıb.
Sarayevoda veteranlar arasında güləş üzrə dünya çempionatı davam edir.
AzərTAc xəbər verir ki, sərbəst güləşçilərin yarışları başa çatıb. Bu yarışlarda Azərbaycan idmançıları iki medal qazandı. Mais İbadov (69 kq) finalda rusiyalı rəqibini məğlub edərək birinci yeri tutub. Mobil Yusifov (63 kq) isə gümüş mükafatla kifayətlənməli olub.

Teqlər: