Çempionlar Liqasında 1/4 final həyəcanı

Çempionlar Liqasında 1/4 final həyəcanı
  10 Aprel 2018    Oxunub:1451
Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start veriləcək.
AzVision.az-ın məlumatına görə, oyun günündə iki qarşılaşma keçiriləcək.Bununla da yarımfinalın ilk iki iştirakçısının adı bəlli olacaq.

“Roma” öz meydanında “Barselona”nı qəbul edəcək. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələ adlamağa yaxın görünür.

Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edəcək. Evdə “şəhərlilər”i 3:0 hesablı məğlubiyyətə uğradan “Liverpul” da mərhələnin bir addımlığındadır.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Kənan Məmmədov
AzVision.az



Teqlər: UCL   Barselona   Liverpul  





Xəbər lenti