“Liverpul” və “Roma” yarımfinalda

“Liverpul” və “Roma” yarımfinalda
  11 Aprel 2018    Oxunub:1402
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha iki cavab oyunu keçirilib.
Turun sensasiyası Romada qeydə alınıb. Səfərdə “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Roma” öz meydanında məğlubiyyətin əvəzini çıxıb. Di Françeskonun yetirmələri turnirin favoritlərindən hesab edilən “Barselona”nın qapısında 3 cavabsız top keçirərək adlarını yarımfinala yazdırıblar.

Günün digər matçında “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib. Öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab qarşılaşmasında da “Mançester Siti”yə heç bir şans verməyiblər. Yürgenin Klopun yetirmələri bu dəfə 2:1 hesablı qələbəyə seviniblər. Beləliklə, “Liverpul” və “Roma” klubları yarımfinala adlayıblar.

AzVision.az


Teqlər: Liverpul   Çelsi   Barselona  





Xəbər lenti