Uğursuz təxribat cəhdi – FOTO

Uğursuz təxribat cəhdi – FOTO
  11 Aprel 2018    Oxunub:2743
Seçkini tənqid etmək üçün heç bir əsas tapa bilməyən radikallar ucuz təxribatlara əl atmaq istəyirlər.
Belə təxrbatlardan birinə “Omar Mammadov” adlı profildən cəhd edilib. Belə ki, MSK-nın Seçkilər İnformasiya Mərkəzinin 2013-cü ilin prezident seçkisinə aid hesabatı götürülüb və profildə guya bugünkü seçkiyə aid fakt kimi qələmə verilib. “Saat 11:00-dır, amma seçkinin 19:00-a olan nəticəsi təyin edilib”,- şəkil bu sözlərlə müşayiət olunub.



Amma sosial şəbəkə istifadəçiləri bunun qurama olduğunu dərhal başa düşərək, MSK-nın Seçkilər İnformasiya Mərkəzinin real hesabat linkini şəklin altında paylaşıblar.



Bundan sonra təxribatçı “hesabat”ın fotosu profildən silinib. Görünür, profili işlədən(lər) başa düşüb ki, camaat onların düşündükləri qədər də avam deyil və belə ucuz, uğursuz yollarla kütləni aldatmaq mümkün olmayaq.


Teqlər: Seçki   Təxribat  





Xəbər lenti